«Bakinity» Şirkəti Sizə vaxta qənaət etmək və sağlamlığınızın qayğısına qalmağa kömək edəcək!

Bizim həllimiz vasitəsilə siz, konfranslar, seminarlarınızı çox asan və sadə şəkildə uzaqdan həyata keçirə biləcək, vacib işlər və layihələrin müzakirə olunması üçün öz partnyorlarınız və əməkdaşlarınızla əlaqə saxlaya biləcəksiniz.
Bizim həllimiz sayəsində bahalı avadanlıqlardan istifadə etməyə ehtiyac yoxdur və Sizin müəyyən brendə qarşı heç bir bağlılığınız olmayacaq. Bizim həllimiz gündəlik işləriniz üçün istifadə etdiyiniz qurğuların istifadə olunmasına imkan yaradacaq.

Rahat ünsiyyət dedikdə bir- birimizi görməyimiz və eşitməyimiz nəzərdə tutulur. Bizim həllimiz reallıq təsirinin bağışlanmasına imkan yaradacaq ki, bununla da hətta uzaq məsafədən belə bütün vacib tapşırıqların həll olunmasına şərait yaratmış olacaq.

Bizim həllimiz vasitəsilə eləcədə müxtəlif media məlumatlarının nümayiş etdirilməsi imkanı nəzərdə tutulmuşdur. Bunun üçün videokonfrans sistemi təqdimatların, iş masası təsvirinin və ya onun ayrıca pəncərələrinin təsvirinin, həmçinin müxtəlif formatlı sənədlərin digər iştirakçıya ötürülməsinə imkan yaradır.

Karantin rejiminin tətbiq olunması və insanların sıx toplaşdığı yerlərin ziyarət olunmasından imtina üzrə tövsiyyələri nəzərə alaraq, «Bakinity» şirkəti öz partnyoru ilə birlikdə bütün dövlət, təhsil və özəl təşkilatlara yardım etmək qərarına gəldi.

Bütün şirkətlərin kütləvi olaraq öz əməkdaşlarını ezamiyyətə göndərməsi və ya iş proseslərinin onlayn qaydada həyata keçirilməsi səbəbindən biz, bu vəziyyətdə bir- birindən uzaq komandalar arasında ünsiyyətin təşkil olunması, həmçinin ofisdən və qərargahdan kənar birgə çalışmaq üçün əməkdaşları keyfiyyətli alətlərlə təmin etmək qərarına gəldik.

Videokonfrans nədir?

Videokonfrans – məsafəli ünsiyyəti maksimum dərəcədə real canlı ünsiyyətə çatdıraraq insanların bir- birini görməsi və eşitməsi üçün, məlumatları ötürməsi və onları ənənəvi kompüterlərin imkanlarından istifadə edərək interaktiv rejimdə tərtib etməsi üçün imkan yaradan texnologiyadır. Videokonfransın tətbiq sahəsi olduqca genişdir. Hazırki dövrdə Videokonfrans əlaqəsinin istifadə olunmadığı heç bir fəaliyyət sahəsi demək olarki yoxdur.

about
about

Video əlaqə və Videokonfrans nə zaman istifadə olunur?

Hazırki dövrdə video əlaqə texnologiyası bütün dünyada ilk növbədə biznes proseslərinin optimallaşdırılması, eyni zamanda iş ezamiyyələrinin sayının azaldılması, nümayəndəlik, nəqliyyat və faktura xərclərinə qənaət olunması üçün effektiv vasitə olaraq qiymətləndirilir.

Hazırki dövrdə Videokonfrans əlaqəsi artıq bir neçə il əvvəl olduğu kimi bahalı texnologiya deyil və o yalnız böyük şirkətlər deyil, həm də məhdud büdcəyə sahib olan şirkətlər üçün də əlçatandır.

Video zəng rejimi

Video zəng- bir-birini eyni zamanda eşidən və görüntülü olaraq görə bilən iki abunəçinin iştirak etdiyi video əlaqə rejimidir. Video axınlar video zəng zamanı videokonfrans serverini keçərək istifadəçilər arasında birbaşa keçir. Daha rahat ünsiyyət üçün, təqdimatların nümayişi, ismarıcların mübadiləsi, iş masasının nümayişi və.s. kimi birgə çalışma alətləri mövcuddur. FullHD (1080p) və UltraHD (2160p) yüksək həllərindən video zənglərlə zövq alın.

about

Üstünlükləri

Video əlaqə və Videokonfransın proqram həlləri üçün tələb olunanlar yalnız
- kamera və mikrofonlu kompüter, planşet və ya smartfondur.

Shape

Yüksək keyfiyyətli video görüntü

Yüksək dəqiqliyə malik video zənglər virtual görüşləri maksimum dərəcədə reallığa uyğunlaşdırır. Həmsöhbətinizin emosiyalarını: mimika, jestlər, tam göz təmasını ekran vasitəsilə izləyin - nəzərinizdən heç nə yayınmayacaq.

Shape

Kristal şəffaf səs

Opus müasir audiokodeki kanalın buraxma qabiliyyətinin dəyişikliklərinə asanlıqla uyğunlaşa bilir ki, bu da hətta qeyri- sabit əlaqə şərtlərində belə maksimum keyfiyyətli səs effektinə zəmanət verir. Siz həmsöhbətinizi sanki qarşınızda oturarkən eşitdiyiniz kimi səlis səslə eşidirsiniz.

Shape

Bütün əməliyyat sistemləri üçün müştəri tətbiqləri

Hər zaman və hər yerdə əlaqədə qalın! Biz Windows, macOS, Linux, Android, iOS və hətta brauzerlər üçün ödənişsiz müştəri tətbiqləri təqdim edirik. İstənilən qurğunu videokonfrans əlaqəsi terminalına çevirin.

Shape

Birgə çalışmada işin effektivliyini artırın

Video zəng zamanı sizin üçün müxtəlif alətlər əlçatandır:
- Video məzmunu, istənilən tətbiqi və pəncərəni çəkmək.
- Həmsöhbətin iş masasının uzaqdan idarə etmək.
- PowerPoint slayd və təqdimatlarının nümayişi.
- Video zəngləri qeydə almaq.
- Mətn göndərmə mübadiləsi.

Shape

Tam məxfilik və təhlükəsizlik

Lokal şəbəkə üzrə video zənglərin həyata keçirilməsi üçün Serverdən istifadə edin. Trafikin sıxlaşması və sizin əlaqə sistemlərinizə internət şəbəkəsi üzrə qanunsuz giriş risklərini unudun. Sizin danışıqlarınız etibarlı şəkildə müdafiə olunur.

Shape

Məzmunun istənilən qurğuda nümayişi

Sadəcə bir düymənin sıxılması ilə iş masanızın təsvirini və ya xüsusi tətbiqi konfrans iştirakçıları, eləcə də mobil qurğular və VKƏ terminal aparatları ilə paylaşa bilərsiniz. Video ilə birlikdə məzmunun istənilən yerə çatdırılmasını təmin edəcəyik.

Shape

Həqiqi canlı ünsiyyət

Video zənglər zamanı tamamilə real mövcudluq effektlərini qiymətləndirin. Saniyədə 60 kadr tezlik sayəsində sizin ünsiyyətə tam diqqət yetirməyinizə imkan yaradaraq konfrans zamanı dəqiq və şəffaf təsvir təmin edilir.

Shape

Təqdimat və slaydların nümayişi

Görüş materiallarının sizin video görüntünüz ilə birlikdə bütün videokonfrans iştirakçıları üçün eyni zamanda əlçatan olmasının təmin edilməsi üçün onları konfransa sadəcə PowerPoint® və ya slayd formatında yükləyin.

Shape

H.323/SIP terminalları ilə birgə çalışma

BFCP və H.239 protokollarının qurulmuş dəstəyi sayəsində qarşılıqlı VKƏ terminalları ilə ötürülən media məlumatlarını istədiyiniz zaman görə bilərsiniz. Sizin həmsöhbətinizin tətbiqetmə ilə göndərilən məzmunu əldə etməsinə zəmanət verilir.

Shape

Konfransların uzaqdan idarə olunması

Görüşlər zamanı konfransın idarə olunması üçün tez- tez yayınırsınız? Bütün vacib funksiyalar daim əlçatandır! Konfrans sahibləri və moderatorlar iştirakçıların kamera və mikrofonlarını uzaqdan idarə edə biləcək , iştirakçıları təyin edə biləcək, birbaşa bölmələrdən düymənin sıxılması ilə mətnləri göndərə biləcək.

Shape

İsmarıc və faylların mübadiləsi

Köhnə çat bu gündə aktualdır. Həmkarlarınızla konfransdaxili və konfransxarici məlumatları bölüşün, faylları sadəcə çat pəncərəsinə çəkməklə ötürün, mübadilə buferindən istənilən təsviri nümayiş edin, istənilən müddət ərzində olan yazışma tarixçəsini nəzərdən keçirin və lazım olduqda video əlaqəyə qoşulun.

Shape

Səsvermə və reaksiyalar

Bəzən videokonfrans zamanı sorğu keçirmək və bütün görüş iştirakçılarının fikrini almaq tələb olunur. Reaksiyalar – müştəri tətbiqlərinin ən tanınan alətləridir. Onların sayəsində iştirakçılar statusların köməyi ilə öz emosiyalarını ifadə edə bilir. Sorğuların keçirilməsi və konfrans iştirakçılarının cavablarının dərhal alınması üçün reaksiyalardan istifadə edin.

Shape

Videokonfransların qeydə alınması

Vacib bir şeyi unutmaqdan qorxursunuz və ya görüşləri qeydə almaq imkanı yoxdur? Sadəcə öz müştəri tətbiqinizdə konfrans qeydini aktivləşdirin və ya bu barədə inzibatçıya müraciət edin. Qeydlər həmçinin translyasiya və ya YouTube yükləmə üçün istifadə edilə bilər.

Shape

36 və daha çox məruzəçinin görüntü ekranında dəstəklənməsi

Simmetrik konfranslar 36 və daha çox iştirakçının Fərdi Kompüterdə və ya 9-dək mobil qurğuda, hər kəsin bir- birini eyni zamanda görməsi və eşitməsi rejimi ilə əks etdirilməsinə imkan yaradır.

Shape

Istənilən tapşırıqlar üçün videokonfrans rejimi

Full HD keyfiyyətli əlaqələrdən artıq heç kim istifadə etmir, ona görə də Ultra HD video zəng imkanlarından istifadə etməyi təklif edirik. Həmçinin zəif kanallarda belə mükəmməl işləyir, sizdə sınayın!

Shape

Distant təhsil üçün xüsusi rejim

Qrup şəklində tədris zamanı bütün iştirakçıların yalnız lektoru görməsi və eşitməsi, lektorun isə bütün iştirkaçıları görməsi və eşitməsi mümkündür. Bununla yanaşı tələbələrin diqqəti bir- birinə yayınmadan yalnız dərs üzərində cəmlənir.

Shape

Fərdi vebinar serveri

Vebinarların keçirilməsi çox sadədir. Birbaşa öz brauzerinizdə 800 iştirakçıyadək konfrans təşkil edin, təqdimatlar yükləyin, çatla ismarıclar göndərin və ya öz iş masanızı vebkonfrans iştirakçılarına nümayiş etdirin. Çıxışları serverdə qeydə alın və ya translyasiya təşkil edin.

Shape

800 və daha çox iştirakçı bir konfransda

Videokonfrans əlaqəsinin selektor rejimi vasitəsilə bir konfransda yüzlərlə abunəçini toplaya bilərsiniz və burada onların hər biri aparıcının seçimi ilə 36 mülahizəçidən biri ola bilər. Bütün digər iştirakçılar üçün audioreplika və çat vasitəsilə geri əlaqə mümkündür.

Formanı doldurun və virtual videokonfrans otağının işini ödənişsiz sınayın:

Qeyd:

Formanı doldurduğunuz halda bütün iştirakçılar üçün əlçatan ictimai sınaq virtual otağa keçid əldə edirsiniz. Bu isə qoşulduğunuz zaman bu virtual otağın işini yoxlayan tanımadığınız şəxsləri görə biləcəyiniz deməkdir.

*əməkdaşlarınız və ya rəhbərliyə nümayiş etdirməniz üçün fərdi sınaq virtual otaq əldə etmək istədiyiniz halda, fərdi virtual otağı hansı müddətə (1 –dən 7 günədək) əldə etmək istədiyinizi və istifadəçi sayını (2-6 istifadəçi) qeyd edərək conf@bakinity.biz ünvanına məktub göndərməniz xahiş olunur. Məktubda həmçinin A.S.A, Şirkət adı və əlaqə nömrələri qeyd edilməlidir. 2 iş günü ərzində həmin otağa keçid əldə edəcəksiniz.

Suallarınız yarandığı zaman göstərilən əlaqə nömrələrinə zəng edin. Biz məmnuniyyətlə Sizə kömək edərik.

Əlaqə

Ətraflı məsləhət üçün bizimlə əlaqə saxlayın:

Ziya Bünyatov 86b
Bakı, Azərbaycan

conf@bakinity.biz

+994 50 255 58 39

+994 12 440 07 04 (ext.228)

Lisenziya test üçündür və 3 iş günü ərzində verilir.

Hesablama sistemi

Lisenziya növünü seçin

Onlayn istifadəçilərin sayı:

Əlavə seçimlər:

Ümumi dəyəri: 0 AZN

Расчет стоимости лицензии программного сервера видеосвязи Trueconf Server

Продукт Стоимость, AZN
Лицензия TrueConf Server () на польз.
Поддержка всех типов UltraHD видеоконференций Включено
Автономность: сервер не требует подключения к интернету Включено
Безопасность: защита соединений Включено
Составление расписаний, запись видеоконференций и групповые политики пользователей Включено
Доступ ко всем инструментам совместной работы Включено
BYOD: Клиентские приложения для Windows, OS X, Linux, Android, iOS и WebRTC Включено
Обновления: предоставляются бесплатно в течении одного года Включено
Федерация: объединение абонентов нескольких систем TrueConf Server Включено
H.323 / SIP / Skype для бизнеса / RTSP шлюз на 5 соединений
H.323 / SIP / Skype для бизнеса / RTSP шлюз на 10 соединений
Active Directory, LDAP, UDP Multicast
Публичные веб-конференции на 50 гостей
Публичные веб-конференции на 100 гостей
Трансляция видеоконференций
Расширенная техническая поддержка (1 год)
Полная техническая поддержка (1 год)
Итого:
НДС 18%:
Итого с НДС 18%: